"Fənərbağça" yeni baş məşqçisini açıqlayıb -

Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Jorji Jezuşla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.

68 yaşlı mütəxəssis artıq Türkiyədədir. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Jorji Jezuş ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR