DİM xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 3 iyun saat 23:59-dək aparılacaq.

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək. Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR