Küçə döyüşləri başladı: Rusiya ordusu şəhəri ələ keçirmək üzrədir

Rusiya ordusu Luqanskdan 90 kilometr məsafədə yerləşən Severdonetsk şəhərinin mərkəzinə yaxınlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, ruslar ağır silahlardan intensiv atəş açaraq irəliləyir. Şəhərdə küçə döyüşlərinin getdiyi bildirilir. Ağır silahların dəqiq atəş zərbələri nəticəsində Ukrayna ordusunun müqaviməti azaldılır.

Həmçinin Rusiya ordusu Ukrayna miqyasında raket hücumlarını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR