Yelo Bankda “Uşaqlar Günü” təşkil edildi -

1 İyun Uşaqların Müdafiəsi günü ilə əlaqədar Yelo Bank uşaqlar üçün əyləncə, bilik və yeni tanışlıqlarla dolu xüsusi gün təşkil etdi. Tədbir Bank-ın baş ofisində həyata keçirildi. Masterklassla başlayan tədbirdə mütəxəssisin iştirakı ilə uşaqlara bitkilər haqqında məlumat, onların əkilməsi və düzgün qulluq qaydaları öyrədildi. Daha sonra uşaqların yaradıcı potensialının kəşfi üçün bitkilərə ad verdilər və dibçəkləri boyadılar.

Masterklassın ardınca tədbirin əyləncə hissəsi baş tutdu. İstirahət otağında yemək fasiləsindən sonra Bankın tədbir zalında uşaqlar üçün cizgi filmi nümayiş etdirildi. Sonda tədbirdə iştirak etmiş bütün uşaqlara sertifikat və hədiyyələr təqdim edildi.

Yelo Bank-ın müasir və rahat baş ofisi işləmək, istirahət, eyni zamanda tədbirlərin təşkili üçün geniş imkanlar yaradır. Bank sahib olduğu imkanları hərtərəfli dəyərləndirərək müxtəlif tədbirlərin həyata keçirilməsinə davam edəcək.

Bank xidmətləri, o cümlədən, onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR