Ötən il 211 nəfər dövlət qulluğundan azad edilib

2021-ci ildə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2021-ci il üzrə hesabatda bildirilib. Qeyd edilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 700 intizam tənbeh tədbirindən 266-sı töhmət, 211-ü dövlət qulluğundan azad edilmə, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumatda tətbiq edilmiş 198 və Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda tətbiq edilmiş 8 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR