Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

Macarıstanın xarici işlər naziri Peter Piyatro Azərbaycana səfərə gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə diplomat feysbukda paylaşım edib.

O, Bakı Enerji Forumunda iştirak edəcək.

“Beynəlxalq siyasətin birinci, ikinci və üçüncü mühüm mövzuları enerji təhlükəsizliyi məsələləridir. İstər təbii qaz, istər neft olsun, hamı yeni mənbələr axtarmağa çalışır”, - XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Bakı Enerji Forumunda həmçinin Rumıniya, Serbiya, Türkiyə, Bolqarıstan və Qazaxıstanın XİN başçılarının iştirakı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR