Bitkoin ucuzlaşır -

Bitkoinin qiyməti 6 faiz yəni 29,7 min dollara qədər azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance" və 20-dən çox birja üçün orta qiyməti hesablayan "CoinMarketCap" portalı məlumat verib.

Xatırladaq ki, kriptovalyutanın qiyməti aprelin əvvəlindən başlayaraq həftə ərzində ucuzlaşmağa başlayıb. Bu müddət ərzində kriptovalyuta öz dəyərinin demək olar ki, üçdə birini itirib. Martın sonunda bitkoin 45,8 min dollar dəyərində idi. May ayında bitkoin 15,5 faiz ucuzlaşıb və yaz ayı müddətində kriptovalyuta dəyərinin 26 faizindən çoxunu itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR