MİQ üzrə imtahanlar bu tarixdə keçiriləcək -

“Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur”.

Metbuat.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib.

Mərkəz direktoru bildirib ki, pandemiya səbəbindən müəyyən dəyişiklik olan imtahanlar bu il paytaxtla yanaşı, regionlarda da təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR