DÇ-2022: Ukrayna Şotlandiyanı məğlub etdi -

Şotlandiya və Ukrayna milliləri arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Ukrayna finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç mundiala Avropa zonası üzrə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR