Rusiya hazırda Ukrayna ərazisinin neçə faizinə nəzarət edir? -

"Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir".

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinə müraciət edərək deyib. Prezident qeyd edib ki, təxminən, 125 min kvadrat kilometr ərazi indi Moskvanın əlindədir. Buraya Krım və 2014-cü ildə Rusiyanın proksi qüvvələrinin ələ keçirdiyi Şərqi Ukraynanın hissələri daxildir.

Zelenski bildirib ki, hazırkı cəbhə xətti 1000 km-dən çox uzanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR