Dominikan Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Dominikan Respublikasının Prezidenti Luis Abinader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Dominikan Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Böyük xalqınıza firavanlıq və rifah arzulayıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR