Qazini qucaqlayan polis KİMDİR? -

“Günün fotosu” adını qazanan şəkildəki polis əməkdaşının adı ictimaiyyətə açıqlanıb.

Metbuat.az xəbər verir ki, həmin şəxs əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bu gün bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında əvvəlcə etiraz edib, daha sonra qurumun binasına daxil olaraq əlillik təyinatının düzgün aparılmaması ilə bağlı şikayətlərini bildirib.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə də yayılıb və ciddi müzakirələrə səbəb olub.

Bu müzakirələrdə böyük əksəriyyət nazirlik binasının daxilində olan polis əməkdaşlarının qazilərə qarşı təmkinli davranışını müsbət qiymətləndirib. Polis əməkdaşlarından birinin isə qazilərin gərginliyini azaltmağa çalışması, hətta əsəbi qazini qucaqlayıb sakitləşdirməsi daha çox təqdir olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR