Türk məşqçiyə gözlənilməz təklif:

Bu mövsüm “Sivasspor” klubu ilə Türkiyə kubokunu qazanan Rıza Çalımbay gözlənilməz təklif alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Rza Çalımbaya Misir milli komandasının baş məşqçisi olmaq təklif edilib. Məlumata görə, təklifi hələlik rədd etməyən Çalımbay, Misirə gedəcəyi təqdirdə dünyaca məşhur futbolçu Məhəmməd Salahın məşqçisi olacaq. Məlumata görə, türk məşqçiyə Almaniyanın “Ştuttqart” klubundan da təklif var.

Qeyd edək ki, Rza Çalımbay 55 illik kariyerası ərzində ilk kubokunu bu mövsüm “Sivasspor”la qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR