Bakı-Batumi reysləri bərpa olundu

“Buta Airways” aviaşirkəti bu gündən Bakı-Batumi reysləri üzrə birbaşa uçuşları bərpa edib.

Metbuat.az xəbər verir ki, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvindən sonra Bakıdan Acarıstan paytaxtına ilk reys həyata keçirilib.

İlk reyslə 100-ə yaxın sərnişin Batumiyə səfər edib.

Acarıstanın Turizm Departamentindən bildirilib ki, “Buta Airways” şirkəti reysləri iyunun sonunadək həftədə iki, iyul ayından isə üç dəfə yerinə yetirəcək.

Batumi beynəlxalq hava limanında sərnişinləri departament rəhbəri və Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə qarşılayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR