İran ordusunda ŞOK ÖLÜMLƏR:

İran İnqilabı Keşikçiləri Korpusunun komandanı, polkovnik Ali İsmailzadə həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Sabah qəzeti yerli mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Qüds qüvvələrinin komandanlarından olan polkovnikin cəsədi evində tapılıb. Məlumata görə, hadisə Kərəc şəhərində baş verib. Komandanın şübhəli ölümü sui-qəsd şübhəsini gündəmə gətirsə də, rəsmi mənbələr komandanın evindəki qəza nəticəsində həyatını itirdiyini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ordu komandanı polkovnik Hasan Seyyad Hodayi Tehranda naməlum silahlıların hücumu nəticəsində ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR