Belarus - Azərbaycan oyununun hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Metbuat.az AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi isveçli Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Matç iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR