Zaxarova Üçüncü Dünya Müharibəsindən danışdı -

"Rusiya hesab edir ki, Üçüncü Dünya Müharibəsinin olub-olmayacağından deyil, onun qarşısının necə alınması yollarından danışmaq lazımdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, onlar İkinci Dünya Müharibəsi zamanı öz işlərinin öhdəsindən gəliblər və nəticədə Üçüncü Dünya Müharibəsinin qarşısının alınmasına da qarantiyadırlar.

Zaxarova qeyd edib ki, hər bir ölkənin suveren xarici və daxili siyasət yürütmək hüququ var.

"Hər bir dövlət öz maraqlarını qanuni yolla müdafiə edib iqtisadiyyatını, humanitar hüquqlarını, müdafiəsini, öz təhlükəsizliyini inkişaf etdirməyə çalışmalıdır. Bir qrup ölkə hakimiyyəti ələ keçirəndə və ya bu hakimiyyəti ələ keçirmək iddiasında olanda insanları böyük bir fəlakət gözlədiyinin də fərqinə varmaq lazımdır. Biz hər vasitə ilə bunu dünya ictimaiyyətinə çatdırmağa çalışdıq. Biz bir qütbün diktəsinin qeyri-mümkün olduğu həqiqətini də bilirik. Çünki bu hadisələrin sonu dağıdıcı nəticələrə gətirib çıxaracaq”, - Rusiya diplomatik departamentinin nümayəndəsi yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR