Almaniyanın cənubunda qatar relsdən çıxdı -

Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığında qatar relsdən çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb. Hadisə nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Nəşrin məlumatına görə, bir neçə vaqon aşıb. Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil. Hazırda xilasedicilər və polis hadisə yerindədir.

"Bütün mövcud qüvvələr cəlb olunub", - yerli polis bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR