"Rusiya vasitəçilik roluna görə Türkiyəyə minnətdardır" -

"Moskva BMT-nin vasitəçiliyi ilə Türkiyədə Ukrayna ilə danışıqlar aparmaq təşəbbüsünə görə Ankaraya minnətdardır".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Türkiyə Prezidentinin rəsmi Moskva, Kiyev və BMT arasında görüşün İstanbulda keçirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

"Dinc vasitəçiliklə bağlı istənilən fikir həmişə dəyərlidir. Biz həmişə bu cür təkliflərə görə minnətdarıq, lakin hələlik bu sualın cavabını nəzəri cəhətdən belə müzakirə etmək üçün heç bir faktor yoxdur”, - deyə Zaxarova bildirib.

Məlumat üçün bildirək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil etməyi təklif etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR