"Neftçi"də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib

"Neftçi” Peşəkar Futbol Klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

Metbuat.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR