Putinin Ukrayna müharibəsini həvalə etdiyi generaldan iki həftədir xəbər yoxdur

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin idarəedilməsini həvalə etdiyi general Aleksandr Dvornikov barədə şok iddia ortaya atılıb.

Metbuat.az “The Sund” qəzetinə istinadən xəbər verir ki, komandandan iki həftədir xəbər yoxdur. Ehtimal edilir ki, Putin Donbasdakı uğursuzluğa görə, onu vəzifəsindən azad edib.

Qeyd edək ki, Dvornikov aprel ayında Rusiyanın Kiyevə hücumları uğursuzluqla nəticələnəndən sonra Putin tərəfindən Rusiya ordusuna rəhbər təyin edilmişdi. Aleksandr Dvornikov Suriyada da Rusiya hərbi qüvvələrinə rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR