Sahil Babayev istefa verib? -

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vəzifəsindən istefa verməsi ilə bağlı xəbər yayılıb.

Metbuat.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə məlumat almaq üçün nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin “qaynar xətti”nə müraciət edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Müşkinaz Qasımova bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.

“Yayılan xəbər həqiqəti əks etdirmir. Nazir hazırda öz vəzifəsində çalışır”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq paytaxt.org xəbər saytı yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR