Ukraynada müharibənin 100-cü günü... -

Bu gün Rusiya və Ukrayna arasında davam edən müharibənin 100-cü günüdür.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Kiyevdən ukraynalılara videomüraciət edib.

“Bizim komandamız daha böyükdür. Ukrayna Silahlı Qüvvələri buradadır. Ən əsası xalqımız buradadır. Artıq 100-cü gündür Ukraynanı müdafiə edirik. Qələbə bizimlədir. Yaşasın Ukrayna!”, - deyə Zelenski videoda söyləyib.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR