"Səbail" yeni transferini açıqlayıb

"Səbail" klubu 2022/2023 mövsümü üçün ilk futbolçu transferini gerçəkləşdirib.

Metbuat.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılan Ağabala Ramazanov "dənizçilər"ə keçib.

Qeyd edək ki, 29 yaşlı hücumçu 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR