Canni De Byazi: "Qol şanslarından yararlanmalı idik"

“İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis birinci hissədə yaxşı oyun sərgilədiklərini bildirib: "İkinci yarının əvvəlində kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.

De Byazi heyət seçimində yanılmadığını düşünür: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbiləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.

O, iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR