"Heç bir şərtimiz yoxdur və zəmanət veririk" -

Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Ukrayna taxılının Berdyansk limanı, o cümlədən Belarus vasitəsilə ixracının mümkünlüyünü açıqlayıb.

"Rusiya heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir", - Rusiya lideri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR