İrəvanda ara qarışdı: Çox sayda yaralı var

İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

Metbuat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR