Meymunçiçəyinə yoluxanların sayı sürətlə artır

Dünyada meymunçiçəyi xəstəliyinə 900-dən çox yoluxma halı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkələrin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, 29 ölkədə meymunçiçəyi xəstəliyinə 909 yoluxma halı aşkarlanıb. Bunlardan 225 yoluxma halı Böyük Britaniyada, 186 yoluxma halı İspaniyada, 143 yoluxma halı isə Portuqaliyada qeydə alınıb.

İlk onluğa həmçinin Kanada, Almaniya, Fransa, Niderland, ABŞ, İtaliya vı Belçika da daxil olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR