Fransada hava kəskin pisləşdi - 60 departamentdə narıncı xəbərdarlıq elan edildi

Fransanın Avropa hissəsində hava şəraiti kəskin pisləşib. Tufan səbəbindən narıncı təhlükə səviyyəsi elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Meteo France" meteoroloji xidmətinin şənbə günü yaydığı məlumatda deyilir .

Söhbət ölkənin cənub-qərbində, mərkəzi hissəsində və şimalında yerləşən 60 idarədən gedir. Daha 23 departamentdə sarı xəbərdarlıq elan edilib. Bu açıqlama əksər departamentlərdə bazar günü səhərədək qüvvədədir. Meteroloqlar əhalini dolu, güclü yağış və küləyin əsməsi nəticəsində baş verəcək təhlükəli hadisələr səbəbindən daha sayıq davranmağa səsləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR