İsmayıllıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən, fiziki şəxs Tahirov Bəhriyar Abdurrəhim oğluna məxsus ərzaq mağazasında keçirdiyi planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı təmizlik işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlakayararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR