Peyvənd olunanların statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2069 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 218, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1386, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 180 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 732 275, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 130, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849817, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3286801, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246527 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR