Kiyev raketlə vuruldu

Səhər saatlarında Kiyev şəhəri raket zərbəsinə məruz qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Telegram”da paylaşım edib.

Ukrayna paytaxtının Darnitsk və Dneprovsk rayonlarında partlayış səsləri eşidilib. Vitali Kliçko 1 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyini bildirib.

Rusiya Silahlı Qüvvələrinin hədəfi dəmir yolları olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR