Cəlal Qurbanov 20-dən çox itin hücumuna məruz qaldı -

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, yaxınlarının “Qafqazinfo”ya verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR