İordaniyada təyyarə qəzasında iki hərbi pilot həlak oldu

İordaniya Kral Hərbi Hava Qüvvələrinə aid təyyarənin təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Metbuat.az Petra agentliyinə istinadla xəbər verir ki, qəzaya uğrayan təyyarə İrbid vilayətindəki boş əraziyə düşüb. İordaniya Silahlı Qüvvələri Baş Qərargahının məlumatında qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR