Peyvənd olunanların statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1544 vaksin vurulub.

Mtebuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1079, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 733 819, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 325, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 964, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 287 880, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 650 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR