Cəlal Qurbanovun xəsarət aldığı anın görüntüləri yayıldı -

Nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət almasının görüntüləri ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Kadrlardan aydın olur ki, hadisə itlərin Qurbanovun atına hücum etməsi nəticəsində baş verib. İtlərdən hürkən at şairi yerə çırpıb.

Qeyd edək, C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR