Rusiya ilə ABŞ arasında yaxın zamanda barışıq gözlənilmir -

Rusiya ilə ABŞ arasında tam barışıq indiki şəraitdə mümkün deyil.

Metbuat.az xəbər verir ki, bunu TASS-a müsahibəsində ABŞ-ın Moskvadakı səfiri Con Sallivan deyib.

"Rusiya ilə ABŞ arasında münasibətlərin pozulacağını təxmin etməzdim. Bu əlaqələrin nə vaxt düzələcəyi barədə də bir şey deyə bilmərəm. Əminəm indiki şəraitdə bu, baş verməyəcək", - deyə o, cavab verib.

Səfir qeyd edib ki, bəlkə də, gec-tez ölkələr arasında barışıq məqamı gələcək, lakin bu, onun sağlığında baş verməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR