Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1386 tankı, 3400 zirehli döyüş maşını, 690 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 96 havadan müdafiə sistemi, 211 hərbi təyyarəsi, 176 helikopteri, 2395 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 551 dronu, 53 xüsusi avadanlığı, 125 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 31 250-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR