Britaniya təsdiq etdi: Yeni silahlar göndərilir

Böyük Britaniya Rusiyanın Qərbi təhdid etməsinə baxmayaraq, Ukraynaya M270 çox lüləli raketatan sistemlərin göndəriləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə krallığın müdafiə nazirliyi açıqlama yayıb. Bildirilib ki, Ukraynaya roket sistemlərinin göndərilməsi barədə qərar ABŞ-la müzakirə edilərək qəbul edilib. Kiyevə göndəriləcək müdafiə silahlarının sayı barədə açıqlama verilməyib.

Qeyd edək ki, Rusiya Ukraynaya uzun mənzilli raketlərin göndəriləcəyi təqdirdə bu günə qədər hədəfə alınmayan obyektlərin bombalanacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR