İmran Xanı qətlə yetirmək istəyirlər -

Pakistanın keçmiş Baş nazir İmran Xanı qətlə yetirmək istəyirlər.

Metbuat.az xəbər verir ki, bu barədə yerli media rəsmi mənbələrə istinadən məlumat verib. Polis belə məlumat əldə edəndən sonra hərəkətə keçib. İslamabad polisinin məlumatına görə, İmran Xanın səfər etdiyi bölgələrdə təhlükəsizlik tədbirləri artırılacaq.

Qeyd edək ki, İmran Xan hökumət qarşısında parlament seçkilərinin keçirilməsi barədə tələb qoyub. O bildirib ki, tələb yerinə yetirilməsə ölkə vətəndaş müharibəsinə sürüklənəcək. İki həftə həftə əvvəl aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə vaxt vermişdi.

İmran Xan ABŞ-ın dəstəyi ilə devrildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR