"Kayrat" Kurban Berdıyevlə yollarını ayırıb

Qazaxıstanın "Kayrat" futbol komandası baş məşqçi Kurban Berdıyevlə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Kurban Berdıyev "Kayrat"da 2021-ci ilin yayından baş məşqçi kimi çalışıb. Almatı komandası onun rəhbərliyi altında ötən mövsüm Qazaxıstan çempionatında 3-cü, UEFA Konfrans Liqasında "Qarabağ"la birgə yer aldığı qrupda 4-cü yeri tutub. Hazırda "Kayrat" 12 oyundan 16 xalla 8-ci yerdə gedir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR