Geoloq İraqda eksponatların qaçaqmalçılığına görə 15 il həbs cəzası

Britaniyalı geoloq eksponatların qaçaqmalçılığına görə İraqda 15 il müddətinə həbs edilib

Metbuat.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Təqaüdçü geoloq Cim Fitton tarixi 200 ildən çox olduğu aşkar edilən əşyaları ələ keçirərək ölkədən çıxarmağa çalışıb. Vəkili və ailəsi isə 66 yaşlı Cimin cinayət niyyətinin olmadığını iddia edib.

Qeyd edək ki, geoloq hava limanında mühafizələrin onların baqajında əşyalar aşkar etdikdən sonra həbs edilib. O, ölkənin qədim yerləri üzrə turizm ekspedisiyasının bir hissəsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR