Qazaxıstan Prezidenti xalqa müraciət edib

Qazaxıstanda iqtisadiyyatda şəffaf qaydalar formalaşdırılacaq.

Mebuat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə keçirilən referendumun nəticələri ilə bağlı xalqa müraciətində deyib.

Referendumda seçici fəallığının yüksək olmasını vurğulayan Tokayev bunu cəmiyyətin yetkinliyinin nümunəsi kimi qiymətləndirib.

O, seçki məntəqəsinə gələnlərin hər birinə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR