“Azərbaycan xüsusi təyinatlıları adaları ələ keçirmək üçün gəlib” - Xarici mediada ŞOK MANŞET

“Türkiyədə keçirilən “Efes-2022” təlimləri Yunanıstanda böyük narahatlıq yaradıb”.

Metbuat.az xəbər verir ki, Türkiyə ordusunun keçmiş pilotu, general-leytenant Ərdoğan Karakuş "CNN türk"ə açıqlamasında belə deyib. O bildirib ki, təlimlərdə Azərbaycan, Pakistan, Qazaxıstan, Banqladeş, İtaliya, Liviya və digər dövlətlər iştirak edib. Keçmiş hərbçinin sözlərinə görə, Yunanıstan mediası Azərbaycanın təlimlərdə iştirak etməsini “Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi”, “Türklər adaları işğal edəcək” kimi əsassız fikirlərlə oxucularına çatdırıb. Karakuş bildirib ki, Yunanıstan beynəlxalq səviyyədə tanınmış müqavilələri pozaraq özü adaları işğal edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR