Məşhur polis rəisinə yeni vəzifə verildi

Məşhur polis rəisinə yeni vəzifə verildi
11:17 19 Yanvar 2015
487 Sosial
Ölkə mətbuatı
A- A+

Şahmar Paşayev FHN-in müfəttişliyinin rəisi təyin edilib
Keşmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib.

Anspress-in məlumatına görə, Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilib.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub. O, səhəttindəki problemlə bağlı işdən çıxması haqqında ərizə yazmış, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən azad olunmuşdu.

Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37-ci bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR