Türkiyədən zəmanət gözləyirik - Zelenski

Rusiyanın ərzaq böhranının Ukraynanın ixracı dayandırması nəticəsində yaranması barədə iddiaları doğru deyil”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiya tərəfi Asiya, Avropa və Afrikada belə yalan məlumat yayaraq, böhranın dərinləşəcəyi barədə fikirlər formalaşdırmağa çalışır. Zelenskinin sözlərinə görə, Ukrayna gəmilərinin təhlükəsiz şəkildə limanlardan ayrılması barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.

“Türkiyə bizə təhlükəsizlik zəmanəti vermək üçün yollar axtarır. Bizim və ya digər ölkələrin gəmilərinin taxıl daşıması üçün təhlükəsizlik dəhlizi olmalıdır” - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR