Bakıda körpünün üstündə qəza oldu,

Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən gələndə - Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Baş verən qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR