Azərbaycanda maska tələbi yenidən tətbiq olunacaq? -

"Azərbaycanla qonşu ölkələrdə meymunçiçəyi virusuna yoluxanlar varsa, deməli, təhlükə ölkəmizə daha da yaxınlaşıb".

Metbuat.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova bildirib.

Ekspertin sözlərinə görə, uçuş zamanı və digər sıx yerlərdə olarkən əhalinin maskadan istifadə etməsi daha yaxşı olar: "Qadağa götürüldüyü üçün insanlar rahatlığa çıxıblar. Maskadan qətiyyən istifadə olunmur. Lakin bilməliyik ki, əgər sərhəd ölkədə bu virusa rast gəlinibsə, bizim ölkəyə gəlmə şansı da yüksəlib".

Bizi teleqramdan izləyin: https://t.me/metbuat



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR