Tələbələrə şortik, mayka qadağası -

Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Metbuat.az xəbər verir ki, bu barədə kitabxananın girişində elan yerləşdirilib. Bildirilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Universitetin mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, universitetin nizam-intizam qaydalarına uyğun olaraq belə bir elan yerləşdirilib:

"Burada qeyri-adi bir hal yoxdur. Bu tamamilə etik, cəmiyyətin qaydalarına dəvətdir. Cəmiyyətdə, adi ictimai yerlərdə geyim qaydalarına uyğun normativlər var. Bura bir təhsil müəssisədir. Daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik hesab edilən dövlətlərində belə ictimai yerlərdə, iş yerlərində, o cümlədə təhsil müəssisələrində müəyyən geyim normativlərinə əməl olunur.

Son olaraq bildirmək istəyirəm ki, biz bir tələbənin tərzinə digər tələbənini etirazı ola bilər. Belə bir misal var, bir insanın azadlığı, digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digərinin etirazı ola bilər. Biz bir tələbə istədiyi kimi geyinsin deyə, digərlərini mövqeyini görməzdən gələ bilmərik. Yenə də qeyd edirəm ki, bura bir təhsil müəssisədir. Daxili nizam - intizam qaydalarımız var", - deyə məlumatda qeyd olunub.

Bir bunu deyən yazı "Talabalarin nazarina! İctimai qaydalara uyğun olaraq Osaslı Kitabxanaya qisa şalvarda(şortikda), maykada galmak qati qadağandır!" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR