Xersonda ruslar geri çəkildi: Ukrayna ordusunun

Ukrayna ordusu Xerson vilayətində əks-hücuma keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, vilayətin cənub-qərbində həmlələr edən Ukrayna ordusu rusları geri çəkilməyə məcbur edib. Ukrayna hərbçiləri İnqulets çayının şərq sahilində bəzi mövqeləri azad ediblər. Severodonetskə şəhərində isə toqquşmaların davam etməsinə baxmayaraq, tərəflər əhəmiyyətli uğur əldə edə bilməyiblər.

Qeyd edək ki, Rusiyanın işğalı altında olan Xerson şəhərində rubl qanuni ödəniş vasitəsi kimi tətbiq edilib. Moskva burada öz qanunlarını tətbiq edərək, şəhəri Rusiyanın idarəçiliyinə uyğunlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR